ADMİU-NUN TƏLƏBƏLƏRİ HƏMKARLAR İTTİFAQININ TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLÜB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalı olan 3-cü kurs tələbələri Ravid Elşad oğlu Ağamlıyev (Musiqi sənəti fakültəsi), Rayana Asəf qızı Mahmudlu (Kulturologiya fakültəsi) və Aynur Sərvaz qızı Əskərli (Teatr sənəti fakültəsi) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin adlı təqaüdünə layiq görülüblər (hər biri 300 manat).
2022-2023-cü il tədris ilinin qış imtahan sessiyasında göstərdikləri yüksək nəticələrə görə bu təqaüdü qazanmaq şansı əldə edən tələbələrə təqaüdləri ADMİU-nun aprelin 28-də keçirilən Elmi Şura iclasında universitetin rektoru professor Ceyran Mahmudova təqdim edib. Onların bu uğurlarını yüksək qiymətləndirən rektor tələbələrə gələcək fəaliyyətlərində və dərslərində uğurlar arzulayıb.

Bizimlə əlaqə

+994 12 000 00 00

admiu-hik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo