ADMİU-NUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan universitetin rektoru professor Ceyran Mahmudova ənənəvi olaraq sonuncu Elmi Şura iclasından keçən vaxt ərzində təsdiq olunmuş müdafiəçilərə sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomlarını təqdim edib. Həmçinin, hər fakültədən bir tələbə (ümumilikdə beş tələbə) yüksək nəticələrinə və universitetin ictimai işlərində fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunub.
Daha sonra ADMİU Elmi Şura komissiyalarının tərkibi, akademik dürüstlük siyasəti, fənlər üzrə vahid sillabusların hazırlanması ilə bağlı işçi qrupunun yaradılması, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil müddəti 1,5 il olan magistrlərin müdafiəsinin nəticələri, bakalavr səviyyəsi üzrə Buraxılış işlərinin və Magistr dissertasiyalarının yerinə yetirilməsinin vəziyyəti barədə məruzələr dinlənilib. Sonda cari məsələlər üzrə fakültə şuralarının qərarlarının təsdiqi və müsabiqə yolu ilə seçki keçirilməsi qərarlaşdırılıb.

Bizimlə əlaqə

+994 12 000 00 00

admiu-hik@atiahi.org

Azərbaycan

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo