Yeni tədris ilinin başlaması münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) daxil olan birinci kurs tələbələri ilə silsilə görüşlər keçirilib.
ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Cavid Əhmədov və Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin müdiri Aysel Məmmədzadə bir həftə müddətində universitetin bütün fakültələri (Teatr sənəti, Audiovizual sənətlər, Musiqi sənəti, Rəssamlıq və Kulturologiya) üzrə birinci tədris ilinə başlamış tələbələrlə görüşlər keçirib, onları yeni tədris ili münasibəti ilə təbrik ediblər. C.Əhmədov ADMİU-nun THİK haqqında, eləcə də universitet daxilində və ya universitetlərarası keçirilən müsabiqələr, yarışlar haqqında geniş məlumat verib, tədris müddətində sosial-məişət problemləri ilə qarşılaşacaq tələbələrin ona müraciət edə biləcəklərini deyib.
Hər iki universitet əməkdaşı tələbələrə dərslərində və təhsil həyatında uğurlar arzulayıb, universitetin ictimai və yaradıcı fəaliyyətində aktiv olacaqlarına inandıqlarını vurğulayıblar.